Menu

Professor Xaləddin İbrahimlinin Türkiyədə yeni kitabı nəşr olunub - FOTO

18.11.2026, 17:19
Professor Xaləddin İbrahimlinin Türkiyədə yeni kitabı nəşr olunub - FOTO

Tanınmış azərbaycanlı tarixçi alim, tarix elmləri doktoru, professor Xaləddin İbrahimlinin Türkiyədə növbəti fundamental əsəri işıq üzü görüb. “Qazi” nəşriyyatının yayınladığı kitab "Bilim fəlsəfəsi: Düşüncə və kəşf yolçuluğu" adlanır.

Yeni monoqrafiya elmi biliyin epistemoloji əsaslarını, metodoloji strukturunu və normativ sərhədlərini sistemli şəkildə araşdırır. Əsərdə elm təkcə empirik bilik istehsalı kimi deyil, eyni zamanda reallığın şərhi, biliyin təşkili və məsuliyyətin fəlsəfi əsaslandırılması kimi qiymətləndirilir.

Tarixi-fəlsəfi və analitik yanaşmaların sintezi əsasında müəllif elmi biliyin yaranma mexanizmlərini, diaqramatik transformasiyaları və həqiqət problemini bütöv şəkildə ələ alır. Xüsusilə süni intellekt və biotexnologiya konteksti də daxil olmaqla, müasir texnoloji mühitdə elmin etik və sosial nəticələri nəzəri səviyyədə əsaslandırılıb.

Monoqrafiya elm fəlsəfəsini bilik istehsalının meta-nəzəri çərçivəsi kimi təqdim edir və onun günümüzdəki elmi və intellektual diskursdakı yerini müəyyənləşdirir. Qiymətli nəşr elmi biliyin fəlsəfi əsaslarını sistemli şəkildə qavramaq istəyən tələbələrə, tədqiqatçılara və intellektual müzakirələrlə maraqlanan mütəxəssislərə nəzərdə tutulub.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol