Menu

"Azərbaycanı daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - To Lam

21.11.2026, 11:52
"Azərbaycanı daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - To Lam

Vyetnam Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul edir.

"AzPolitika" xəbər verir ki, bu sözləri Vyetnam Prezidenti To Lam Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə deyib.

"Biz Azərbaycandakı vəziyyəti hər zaman yaxından izləmişik. Mükəmməl rəhbərliyinizlə Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlər münasibətilə Sizi təbrik etmək istərdim", - Prezident qeyd edib.

O, həmçinin deyib: "Son illərdə Azərbaycanın ümumi daxili məhsulu artmaqda davam edir. Əhalinin həyat səviyyəsi daim yaxşılaşır və Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi davamlı olaraq güclənib. Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol