Menu

Terror əleyhinə yürüşdə terror bayrağı - Foto

12.01.2015, 09:17
Terror əleyhinə yürüşdə terror bayrağı - Foto

“Birlik marşı” yürüşündə PKK terror təşkilatının bayraqları açılıb

Fransanın paytaxtı Parisdə 12 nəfərin ölümü ilə nəticələnən terror hadisəsi əleyhində keçirilən “Birlik marşı” yürüşündə PKK terror təşkilatının bayraqları açılıb.

ANS PRESS-in məlumatına görə, “Respublika” meydanında keçirilən mitinqdə PKK-çılar təşkilatın bayrağını və terrorçu lider Abdullah Öcalanın portretlərini havaya qaldırıblar.

Qeyd edək ki, Fransa PKK terrorçularına Avropada ən çox siyasi sığınacaq verən ölkələrdən biridir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol