Menu

Brent markalı neft 48 dollara düşdü - Yenilənib

12.01.2015, 11:50
Brent markalı neft 48 dollara düşdü - Yenilənib

AzPolitika.info-nun məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,10 dollar enərək 47,26 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1,25 dollar ucuzlaşaraq 48,86 dollar olub.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 1,43 dollar ucuzlaşaraq 50,81 dollar təşkil edib.

Xatırladaq ki, 2015-ci ilin dövlər büdcəsində neftin 1 barrelinin qiyməti 90 dollar götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol