Roberto Mançini: "İkinci hissədə nə baş verdiyini mən də anlamadım"
UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun oyunlarına yekun vurulub. APA-nın Apasport.az saytına istinadən verdiyi məlumata görə, oyunlar A, B, C və D qruplarında keçirilib.
Azarkeşlərimiz üçün böyük maraq kəsb edən görüş B qrupunda baş tutub. Türkiyənin bu turnirdəki yeganə təmsilçisi “Qalatasaray” səfərdə “Real”ın qonağı olub. İlk oyunda Madrid təmsilçisinə 1:6 hesabı ilə məğlub olan İstanbul təmsilçisi bu dəfə qapısında 4 qol görüb.
Qrupun digər görüşü də maraqlı keçib. “Yuventus” doğma azarkeşləri qarşısında “Kopenhagen”i qəbul edib. Turin təmsilçisi rəqibinə 3:1 hesabı ilə qalib gəlib.
A qrupu
"Bayer" (Almaniya) - "Mançester Yunayted" (İngiltərə) 0:5
Valensiya, 22, Smallinq, 30, 77, Evans, 66, Nani, 88
"Şaxtyor" (Ukrayna) – "Real Sosyedad" (İspaniya) 4:0
Adriano, 37, Teyxeyra, 48, Kosta, 68, 87
B qrupu
“Real” (İspaniya) - “Qalatasaray” (Türkiyə) 4:1
Beyl, 37, Arbeloa, 51, Di Maria, 63, İsko, 81 - Umut Bulut, 38
Qırmızı vərəqə: Ramos, 26 (Real)
“Yuventus” (İtaliya) – “Kopenhagen” (Danimarka) - 3:1
Vidal, 29, 61 (pen), 63 - Mellberq, 65
C qrupu
“Anderlext” (Belçika) - “Benfika” (Portuqaliya) 2:3
Manquli, 18, Bruno, 76 - Matiç, 34, Manquli, 52 (avtoqol), Rodriqo, 90
PSJ (Fransa) – “Olimpiakos” (Yunanıstan) 2:1
İbrahimoviç, 7, kavani, 90 - Manolas, 80
Qırmızı vərəqə: Verratti, 46 (PSJ)
D qrupu
MOİK (Rusiya) - “Bavariya” (Almaniya) 1:3
Honda, 61 (pen) - Robben, 17, Qötze, 56, T. Müller, 65 (pen)
“Mançester Siti” (İngiltərə) – "Viktoriya" (Çexiya) 4:2
Aqüero, 33 (pen), Nəsri, 65, Neqredo, 79 - Horava, 43, Tecl, 69
“İlk hissədə mükəmməl oynadıq. Hər şey əla idi. Amma ikinci yarıda nə baş verdiyini mən də anlamadım”. APA-nın Apasport.az saytına istinadən verdiyi məlumata görə, bu sözləri “Qalatasaray”ın baş məşqçisi Roberto Mançini “Real”la oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Madriddə 4:1 hesablı məğlubiyyəti dəyərləndirən italiyalı mütəxəssis müdafiədəki problemləri xüsusi olaraq vurğulayıb: “İkinci hissədə 4-5 səhv etdik və bunun cəzasını çəkdik. Bu səviyyədə belə səhvlər etməməliyik. Bu şəkildə səhvlər edərsəniz, “Real” kimi komandalar sizi ağır şəkildə cəzalandırar. Bu primitiv səhvləri izah etməkdə belə çətinlik çəkirəm”.
Mançini dekabrın 10-da İstanbulda “Yuventus”la keçiriləcək son matç haqqında da danışıb: “Yuventus”la oyunda xüsusilə də azarkeşlərimizə çox ehtiyacımız olacaq. Onlar bu matçda bizə çox kömək etməlidir. Son dəqiqəyə qədər azarkeşlərimiz komandanı dəstəkləməlidir. Son oyunumuz çox vacib olacaq”.


Şərhlər