Yanvarın 1-dən vətəndaşlar əmlak vergisi ödəyəcək. Əslində bu vergi əvvəllər də ödənilirdi. İldə bir dəfə, adətən Mənzil Kommunal Təsərrüfat Birliklərinə («JEK») və ya bələdiyyətlərə. 2015-ci ildən şərtlər dəyişib.
2015-ci İLDƏ EDİLƏN DƏYİŞİKLİKLƏR
Milli Məclis ötən ilin iyununda «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» qanunu dəyişib. Yanvarın 1-dən yeni qanunun tətbiqinə başlanıb. Bundan öncə mülkiyyətçilər əmlakın ümumi dəyərindən 5 min manat çıxıb, yerdə qalan vəsaitin 0,1 faizi qədər vergi ödəyirdi.
Bundan sonra ödəniş aylıq olacaq, mülkün ümumi sahəsinə görə aparılacaq. Ümumi sahədən 30 kvadrat metr çıxıb yerdə qalan sahənin hər kvadrat metrinə görə vergi ödənəcək. Vergi hesablanması əmlakın yerləşdiyi ərazidən asılı olaraq dəyişəcək. Tutalım, Bakıda 55 kvadrat metrlik əmlakınız varsa, bunun 30 kvadratından vergi tutulmur. Yerdə qalan 25 kvadrat metrin vergisi belə hesablanır. 25 vurulur 40 qəpiyə alınan rəqəm isə əmlakın yerindən asılı olaraq ya 70 qəpiyə, ya da 1 manat 50 qəpiyə vurulub. Məsələn, Səbayel rayonunda 25 kvadrat metrlik sahənin vergisi 25 vur 40 qəpik vur 1,5 manat bu da 15 manat edir, Masazırda isə eyni sahənin vergisi 25 vur 40 qəpik vur 0,70 qəpik bu da 7 manat edir.
BAŞQA ÖLKƏLƏRDƏ VERGİDƏN AZAD EDİLİR, AZƏRBAYCANDA İSƏ
Vəli Quliyev qanuna edilən dəyişikləri eşidib narahat olub. Deyir ki, vergini hara, nə qədər və necə ödəyəcəyindən məlumatsızdır: «Biz əvvəllər evimizə görə ildə bir dəfə «JEK»-ə 20 manat ödəyirdik. Amma yeni qanuna dəyişiklikdən sonra şərtlərdən xəbərsizik».
Vəli Quliyevin evi Bakının Nərimanov ərazisində yerləşir. Ümumi sahəsi 80 kvadrat metrdir. Hesablayandan sonra məlum olur ki, Vəli Quliyev bundan sonra təxminən 20-30 manat əmlak vergisi ödəyəcək. Hələlik, Nazirlər Kabineti şəhərin yerləşmə yerlərində görə əmsalları müəyyənləşdirməyib deyə, dəqiq nə qədər ödəyəcəyi məlum deyil.
Əslində onun ödəyəcəyi vəsait o qədər də dəyişməyəcək. Amma Vəlini narahat edən təkcə bu məsələ deyil. Axı, onlar bundan sonra əmlak vergisindən əlavə bir də torpaq vergisi ödəməlidir: «Düzdür, ilk baxışda bu az məbləğ görünür. Amma aylıq gəliri 500-1000 manat arası olan 4 nəfərlik ailə üçün hər bir manatın belə dəyəri var. Şəxsən mən qanuna edilən dəyişikliklərə çox pis baxıram. Nefti olan ölkələrdə vətəndaşa müəyyən güzəştlər edilir. Azərbaycanda isə son vaxtlar az qala hər şey üçün vergi almağı düşünürlər. Açıq-aşkar görünür ki, vergilərlə bağlı son dəyişikliklər azalan neft gəlirini vətəndaşın hesabına əvəzləməkdir. 19 milyardlıq dövlət büdcəsinin yarıdan çoxu neftdən gələndə hökumət bu duruma düşəcəyini bilməli idi. Qeyri-neft sektorunu inkişaf etdirməyəndə düşüləcək durum belə olacaqdı».
ƏSAS MƏQSƏD ŞƏFFAFLIQDIR…
Vəli Quliyevdən fərqli düşünənlər də var. Elnur Əliyev yeni qanundan razıdır. Deyir ki, bundan sonra vətəndaşlar necə gəldi yox, özləri rahatlıqla vergilərini dövlətə ödəyə biləcək.
Elə iyunun 20-də Milli Məclis qanunu dəyişərkən Ziyad Səmədzadə bildirib ki, dəyişiklik ilk növbədə bələdiyyələrin fəaliyyətində şəffaflığı təmin etmək üçündür. Bundan sonra bankda, poçtda, ödəniş edilə bilər.
Ziyad Səmədzadə çıxışında Azərbaycandakı əmlak vergisinin həcmini müqayisə edib. Bildirmişdi ki, Azərbaycanda digər ölkələrlə müqayisədə ən az əmlak vergisi və torpaq vergisi ödəyən ölkədir:
«Torpaq, əmlak vergisinin düzgün hesablanması bütövlükdə Azərbaycanın milli sərvətinin hesablanması üçün lazımdır. Burada vergilərin artmasından söhbət getmir, uçotun obyektivliyindən söhbət gedir».
AÇIQ QALAN SUALLAR…

Hələ 6 ay öncə Ziyad Səmədzadə bu sualı qanunun layihəsinin müzakirəsində cavablayarkən bu məsələni mürəkkəb adlandırmışdı. O, ölkənin mənzil kommunal təsərrüfatında ciddi islahatların aparılmasına ehtiyac olduğunu, özəl şirkətlərin tikdiyi binalardakı qurumlardakı problem vurğulamışdı. Ardınca da əlavə etmişdi ki, hələlik bu haqda qəti söz deyə bilməyəcək: «Çünki bundan ötrü müvafiq araşdırmalar aparılmalıdır. Hər bir məsələ konkret olmalıdır. Amma bu problem var».
YENİ QANUNUN NECƏ TƏTBİQ EDİLƏCƏK…
Bu problemlərin olduğunu layihəni parlamentə təqdim edən komitə sədri təsdiqləsə də sonda qanuna dəyişiklik qəbul edildi. İndi qanunun icrasına başlanılıb. Ötən 6 ayda bu problemlər həll edildimi? Vətəndaşlar vergini banka ödəyəndən sonra onlardan yenidən mənzil istismarı sahəsi pul almayacaq ki?
İqtisadçı Qalib Toğrul yeni qanundan razıdır. Deyir ki, bəzi suallar qalsa da əsas məsələ - bələdiyyələrin büdcəsinin artırılmasına görə bu qanun alqışlanmalıdır: «Düzdür hələlik əmlakın yerləşməsinə görə vəsait dəqiqləşdirilməyib. Amma yəqin ki, 1-2 ay ərzində bu məsələlər də həll olunar. Amma bundan sonra vətəndaş vergini kimə və necə ödəyəcəyi barədə problemlər də həll olunar».
Qalib Toğrulun fikrincə bu qanunun tətbiqindən sonra vətəndaşın ödədiyi vergi bir baş dövlətin büdcəsinə gedəcək və şəffaflıq təmin ediləcək.(Azadlıq radiosu)

Şərhlər
Men zaqatala sakini,pensiyaçiyam 2 qruppaynan,indi mene ĕmlak vergisi ,bir zerf geldi,əvvəl əmlak vergisi barədə heç kim xeber vermemişdir,indi de zerfde yazikdi ki menim öten dövrlefə göre menim borcum oldu 21 azn,hansi qanuna esasen siz mene bele hesab edirsiniz,bu evde 2 nefer qeydiyatdayiq,bundan elave 9.72 azn ödemeliyem,torpaq vergisi olmaya olmaya birden bire yazdilar ki sen 0.38 azn,ödemeliyem,indi de əmlak vergisi,bes əlilliye göre 2 qrupum var,əlillərə endirimker yoxdurmu,varsa ne qeder di,üstelik menim qardaşim qarabağ veteranidir,bes qarabağ veteranlara da emlak vergisi düşürmü.yani indiyedek bütün vergiler kiminse cibine gedirdi
Men zaqatala sakini,pensiyaçiyam 2 qruppaynan,indi mene ĕmlak vergisi ,bir zerf geldi,əvvəl əmlak vergisi barədə heç kim xeber vermemişdir,indi de zerfde yazikdi ki menim öten dövrlefə göre menim borcum oldu 21 azn,hansi qanuna esasen siz mene bele hesab edirsiniz,bu evde 2 nefer qeydiyatdayiq,bundan elave 9.72 azn ödemeliyem,torpaq vergisi olmaya olmaya birden bire yazdilar ki sen 0.38 azn,ödemeliyem,indi de əmlak vergisi,bes əlilliye göre 2 qrupum var,əlillərə endirimker yoxdurmu,varsa ne qeder di,üstelik menim qardaşim qarabağ veteranidir,bes qarabağ veteranlara da emlak vergisi düşürmü
Men zaqatala sakini,pensiyaçiyam 2 qruppaynan,indi mene ĕmlak vergisi ,bir zerf geldi,əvvəl əmlak vergisi barədə heç kim xeber vermemişdir,indi de zerfde yazikdi ki menim öten dövrlefə göre menim borcum oldu 21 azn,hansi qanuna esasen siz mene bele hesab edirsiniz,bu evde 2 nefer qeydiyatdayiq,bundan elave 9.72 azn ödemeliyem,torpaq vergisi olmaya olmaya birden bire yazdilar ki sen 0.38 azn,ödemeliyem,indi de əmlak vergisi,bes əlilliye göre 2 qrupum var,əlillərə endirimker yoxdurmu,varsa ne qeder di