Menu

"Qızıl top" üçüncü dəfə Ronaldoda! - FOTOLAR

13.01.2015, 02:05
"Qızıl top" üçüncü dəfə Ronaldoda! - FOTOLAR

Bu gün FİFA geridə qalan 2014-cü il üçün dünyanın ən yaxşı futbolçusunun adını açıqlayıb.Musavat.com-un məlumatına görə, İsveçrənin Sürix şəhərində keçirilən tədbirdə aparılan səsvermənin yekun nəticəsinə əsasən, Portuqaliya millisinin və "Real Madrid"-in ulduz futbolçusu Kriştiano Ronaldo bu mükafatın sahibi olub.

Bununla da o, ardıcıl ikinci, ümumilikdə isə üçüncü dəfə ilin ən yaxşı futbolçusu seçilib.

Qeyd edək ki, K.Ronaldo ötən il "Real"la Çempionlar Liqası, İspaniya kuboku, UEFA superkuboku və klublararası dünya çempionatının kubokunu qazanıb.

İsveçrədəki foto-reportyor Abbas Atilay tədbirdə iştirak edib və oradan musavat.com üçün eksklüziv fotolar çəkib. Onları təqdim edirik. Abbas Atilay yazır ki, bu ilin qızıl topuna üç namizəd var idi:

1. Portuqaliya və Real Madridin oyunçusu Kristiano Ronaldo;

2. Argentina və Barselonanın oyunçusu Lionel Messi;

3. Almaniya və Bayern Munhenin qapıçısı Manuel Neuer.

Bundan əlavə ilin ən yaxşı məşqçisi Almaniya milli yığma komandasının məşqçisi Joachim Löw olarkən, ilin ən gözəl qolu (Puskas Mükafatı) Kolumbiya milli yığma komandasının və Real Madridin oyunçusu James Rodriqezə verildi. Bu qolu kolumbiyalı futbolçu 2014-cü ilin dünya çempionatında yığma komandası adına Uruqvay milli yığma komandasının qapısına vurmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol