Neftin qiymətinin aşağı düşməsi davam edir.
AzPolitika.info-nun məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1,88 dollar ucuzlaşaraq 45,55 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,37 dollar enərək 44,70 dollar təşkil edib.
Qeyd edək ki, Çin 2014-cü ilin dekabrında rekord həddə-sutkada 7 milyon barrel neft alıb. Analitiklər aktivliyə baxmayaraq neftin qiymətinin bir qədər də düşəcəyini proqnozlaşdırırlar.
Yanvarın 12-də London əmtəə birjasında keçirilmiş hərraclarda “Azeri Light” markalı Azərbaycan neftinin 1 barreli 49,73 dollara satılıb.
Bu barədə Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən məlumat verilib.
Bu, yanvarın 9-da qeydə alınmış qiymətdən 1,08 dollar azdır.
Xatırladaq ki, 2015-ci ilin dövlər büdcəsində neftin 1 barrelinin qiyməti 90 dollar götürülüb.

Şərhlər