Menu

PEGİDA antiislam mitinqi keçirdi

13.01.2015, 13:17
PEGİDA antiislam mitinqi keçirdi

Vətənpərvər Avropalılar Hərəkatı - PEGİDA Parisdəki “Çarli Hebdo” terroruna etiraz edib və Qərbin islamlaşmasına qarşı aksiya keçirib.

Musavat.com-un məlumatına görə, Almaniya polisi açıqlama verərək bildirib ki, aksiyada 25-30 min adam iştirak edib. Digər tərəfdən PEGİDA-ya qarşı etiraz edənlər mitinq edib. İki qrupun arasında qarşıdurma olmaması üçün polis güclü təhlükəsizlik tədbiri görüb.

Paralel vaxtda Norveçin paytaxtı Osloda da bənzər aksiya kecirilib. Aksiyaya qoşulanların sayı 100-ü keçməsə də bildirilib ki, bu cür aksiya Norveçdə birinci dəfədir ki, keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol