Menu

Polislər "canlı bomba"nı axtarır

13.01.2015, 17:21
Polislər "canlı bomba"nı axtarır

Türkiyə polisi Sultanəhməddə partlayış törədən "canlı bomba" hesab etdikləri Elif Sultanı axtarır.

Musavat.com-un məlumatına görə, polis terrorçu qadının Elif Sultan olduğunu, ailəsi isə cəsədə baxdıqdan sonra cənazənin Elifə aid olmadığını söyləmişdi.

İndi isə Türkiyə polisi Elif Sultanın axtarışına başlayıb və genişmiqyaslı əməliyyat keçirib. Eyni vaxtda iki ünvanda axtarış aparan polislər heç bir iz tapa bilməyib. E.Sultanın ailəsi də bir müddətdir ki, qızlarından xəbər almadıqlarını bildirib.

Qeyd edək ki, daha sonra polislər ölən terrorçu qadının rus əsilli Diana Ramazova olduğunu bildirmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol