Menu

ABŞ-ın eks-prezidenti Paris teraktlarına görə İsraili suçladı

13.01.2015, 19:30
ABŞ-ın eks-prezidenti Paris teraktlarına görə İsraili suçladı

ABŞ-ın sabiq prezidenti Cimmi Karter ötən həftə Parisdə baş verən terror aktlarına görə İsraili ittiham edib. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə o, TB Amerika telekanalının birbaşa efirində bildirib.

Tok-şounun aparıcısı “terrorçular islan ekstremizmi anlayışından başqa daha nəyi əldə rəhbər tuta bilərdilər” sualına Amerikanın 39-cu prezidenti cavab olaraq hələ də yoluna qoyulmamış Fələstin-İsrail problemini yada salıb.

“Bu, Qəzzə sektoru ərəbləri ilə əlaqə hiss edən insanlarda öz izini buraxır. Baş verənlər – onlar üçün edilib. Ona görə də düşünürəm ki, hər şey bir-birinə qarşılıqlı şəkildə bağlıdır” – deyib siyasətçi.

Karterə görə, dünya terrorizmin təkamülündə yeni bir mərhələnin şahidi olmaqdadır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol