Menu

"Türkiyə ilə çox yaxın əməkdaşlıq edirik" - ABŞ

14.01.2015, 10:36
"Türkiyə ilə çox yaxın əməkdaşlıq edirik" - ABŞ

"İslam Dövləti" terror təşkilatına qoşulmaq üçün Suriyaya keçmək istəyən xarici döyüşçülərin aşkarlanmağı və bu keçidin qarşısının alınmağı məsələsində Türkiyə və bölgədəki digər ölkələrlə çox yaxın əməkdaşlıq edirik.

SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin təmsilçisi Mari Harf gündəlik mətbuat konfransında bəyan edib: “Bu, çox çətin məsələdir. Sərhədlər çoxdur və əksəriyyətindən keçmək mümkündür. Bu səbəbdən Türkiyə və digər ölkələrlə bu sahədə səylə çalışırıq."

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol