Menu

Azərbaycan nefti 48 dollara düşdü

14.01.2015, 11:35
Azərbaycan nefti 48 dollara düşdü

Neftin qiymətinin aşağı düşməsi davam edir.

AzPolitika.info-nun məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,85 dollar ucuzlaşaraq 45,74 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,69 dollar enərək 45,20 dollar təşkil edib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən AzərTAc-a verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 1,7 dollar ucuzlaşaraq 48,03 dollar təşkil edib.

Xatırladaq ki, 2015-ci ilin dövlər büdcəsində neftin 1 barrelinin qiyməti 90 dollar götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol