Menu

Neft 35 dollara düşəcək

14.01.2015, 13:11
Neft 35 dollara düşəcək

Dünya bazarında "qara qızıl"ın qiyməti rekord həddə enəcək

Dünya bazarında neftin qiyməti yenidən düşür.

ANS PRESS-in "Rosbalt"a istinadla xəbər verir ki, səhər saatlarına olan məlumata əsasən, tərkibində Şimal dənizi qarışığı olan Brent markalı bir barel neftin dəyəri 2,59% enərək 46,21 dollara düşüb. WTI markalı yüngül neftin qiyməti isə 1,07% azalaraq 45,58 dollara enib.

Ekspertlər "qara qızıl"ın qiymətinin 35 dollaradək düşməsini proqnozlaşdırırlar. Nyu-Yorkda yerləşən "Bank of America"nın nümayəndəsi Blanş Fransisko deyib ki, bu, ən yaxın gələcəkdə baş verəcək. Ona görə ki, neftin dəyərinin düşməsinə reaksiya yavaşıyıb.

Nyu-Yorkda "Societe Generale SA" tədqiqat bölməsinin başçısı Mayk Uitnner bildirib ki, biz bir barelin 40 dollardan aşağı düşməsinə hazırlaşırıq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol