Menu

Prezidentdən səfərbərlik əmri

14.01.2015, 14:42
Prezidentdən səfərbərlik əmri

Bu barədə Ukrayna liderinin rəsmi saytında məlumat verilib

Ukrayna prezidenti Pyotr Poroşenko bu gün ölkədə növbəti səfərbərlik elan edib.

ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna liderinin rəsmi saytında bildirilir.

"Sabah mən növbəti səfərbərlik fərmanını imzalayacam. Əminəm ki, Ukrayna xalqı bu qərarı dəstəkləyəcək və səfərbərlik uğurla gedəcək", - deyə prezidentin bəyanatında bildirilir.

Ukrayna Daxili İşlər Nazirliyindən bildirilib ki, Donetsk vilayətinin Volnovaxi kəndi yaxınlığında Ukrayna hüquq-mühafizə əməkdaşlarının avtobusu atəşə tutulub. Nəticədə, 10 nəfər ölüb, 18 nəfər yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol