Menu

"Aşağı qiymətlərlə yaşamağı öyrənməliyik" - Medvedev

14.01.2015, 15:56

Dmitry-Medvedev_2028424c“Rusiyanın hakimiyyət dairələri neftin qiymətinin nə vaxtsa artacağını gözləməyəcəklər. Buna görə də, enerji resurslarının aşağı qiymətləri ilə yaşamağı öyrənməliyik”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Qaydar forumunda çıxışı zamanı Rusiya Federasiyasının baş naziri Dmitri Medvedev deyib.

“İqtisadiyyatımızın tələb və şərtləri prinsipcə dəyişir, buna görə də, gözləmək mümkün deyil”, - deyə baş nazir bildirib.

Onun sözlərinə görə, mövcud şərtlər daxilində xərcləri aşağı salmaq, layihələrin keyfiyyətini isə yüksəltmək lazımdır.

“Aydın məsələdir ki, rublun zəifləməsi və idxalın bahalaşması fonunda bunu etmək çətindir”, - deyə baş nazir bildirib.

D. Medvedev onu da qeyd edib ki, hökumətin büdcə siyasəti iki əsas məsələni həll etməyə kömək edəcək: müxtəlif sosial proqramların həyata keçirilməsi və milli iqtisadiyyatın dəstəklənməsini.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol