“Əl-Qaidə” 12 nəfərin ölümü ilə nəticələnən Paris terrorunu öz üstünə götürüb.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, təşkilat bir video yayaraq “Çarli Hebdo” jurnalına edilən basqının özləri tərəfindən təşkil edildiyini təsdiqləyib.
Yanvarın 7-də jurnala basqın edən qardaşlar iki gün sonra girovgötürmə əməliyyatında televiziya kanalının zənginə cavab verərək “əl-Qaidə”nin Yəmən qolu tərəfindən göndərildiyini demişdi.
“Əl-Qaidə”nin Ərəbistan yarımadasında fəaliyyət göstərən qolu isə video yayaraq jurnala edilən hücumu üzərlərinə götürüblər.


Şərhlər