Rus hərbçisinin bir erməni ailəsinin altı üzvünü qətlə yetirməsində sonra qatilin Ermənistana təhvil verilməsi tələbi ilə aksiya başlayıb.
“A24.az” Ermənistan mətbuatına istinadən xəbər verir ki, faciənin baş verdiyi Gümrü şəhərində başlayan avtomobil yürüşünə yüzlərlə avtomobil qoşulub. Aksiyada iştirak etmək üçün nümayişçilərin çoxu İrəvandan gəlib. Hazırda yüzlərlə maşın Rusiyanın Gümrüdəki baş konsulluğuna doğru irəliləyir. Aksiya zamanı qəzəbli ermənilər hətta Rusiya bayrağını da tapdalamaqdan da çəkinməyib.
Aksiya davam edir.







Şərhlər