Menu

Fransa ordusu əmr gözləyir

14.01.2015, 22:26
Fransa ordusu əmr gözləyir

Prezident Olland hərbi gəmiləri İŞİD-ə qarşı İraqa göndərir

Fransa prezidenti Fransua Olland “Şarl de Qoll” təyyarədaşıyan gəmilərin İraqa göndərilə biləcəyini deyib.

ANS PRESS-in məlumatına görə, fəaliyyəti keçən ilin dekabrında Rusiyada qadağan edilən təyyarədaşıyan gəmilər İŞİD terrorçu qruplaşmasına qarşı hərbi əməliyyata cəlb ediləcək.

Prezidenti sözlərinə görə, hərbi gəmilər beynəlxalq koalisiya ilə sıx əməkdaşlıq edəcək.

Qeyd edək ki, bir müddət əvvəl Fransa parlamenti ordunun İraqda İŞİD terrorçu qruplaşmana qarşı hərbi əməliyyatlarda iştirakı ilə bağlı qərar qəbul edib.

Baş nazir Manuel Vals bununla bağlı parlamentə müraciət etmişdi. Hökumət başçısı bildirmişdi ki, Fransanın missiyası bitməyib və terrorçulara qarşı müharibə aparılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol