Menu

ABŞ Konqresində terror aktının qarşısı alındı

15.01.2015, 09:12
ABŞ Konqresində terror aktının qarşısı alındı

Ohayo ştatında Federal Təhqiqat Bürosunun əməkdaşları ABŞ Konqresinin binasında terror aktı hazırlamaqda şübhəli bilinən şəxsi saxlayıblar.

APA-nın məlumatına görə, bu barədə ABC telekanalı xəbər verib.

Qeyd olunur ki, Kristofer Li Kornell adlı şəxs Konqresin binasına hücum edərək qanunvericilərə atəş açmaq, partlayış törətməyi planlaşdırırmış.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol