Menu

İslam Kərimov yenidən namizəd olur

15.01.2015, 11:00
İslam Kərimov yenidən namizəd olur

İslam Kərimovun prezidenti postuna namizədliyi irəli sürülüb

Özbəkistan Sahibkarlar və İş Adamları Hərəkatı - Liberal Demokrat Partiyası cümə axşamı keçirilən qurultayda ölkənin fəaliyyətdə olan Prezidenti İslam Kərimovun namizədliyini yenidən bu posta irəli sürüb. Bu barədə Trend-ə partiyanın Siyasi Şurasından bildirilib.

Məlum olduğu kimi, Özbəkistan Mərkəzi Seçki Komissiyası 26 dekabr 2014-cü ildə ölkə prezidentliyinə seçkilər üzrə seçki kampaniyasının başladığını elan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol