Menu

Korrupsiya İdarəsi 12 nəfəri cinayət başında yaxalayıb - HESABAT

15.01.2015, 11:31
Korrupsiya İdarəsi 12 nəfəri cinayət başında yaxalayıb - HESABAT

Ötən il Azərbaycanın hüquq-mühafizə orqanlarından Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə ümumilikdə 64 müraciət daxil olub.

APA-nın məlumatına görə, 2014-cü ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qeyd edib ki, daxil olan həmin müraciətlərin 45-i ilə bağlı cinayət işi başlanıb.

K.Əliyev bildirib ki, daxil olan materialların 28-i Milli Təhlükəsizlik Nazirliyi tərəfindən, 12-si Fövqəladə Hallar Nazirliyi tərəfindən, 9-u Ədliyyə Nazirliyi tərəfindən, 7-si Dövlət Miqrasiya Xidməti tərəfindən, 5-i Daxil İşlər Nazirliyindən olub.

K.Əliyev həmçinin bildirib ki, ötən il Baş İdarənin əməliyyat qrupu tərəfindən həyata keçirilən tədbirlər zamanı 12 nəfər cinayət başında yaxalanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol