Menu

Azərbaycan kökü Rusiyada 30 manata satılır

15.01.2015, 11:49
Azərbaycan kökü Rusiyada 30 manata satılır

Rusiya mağazalarında bahalı kök peyda olub

Rusiyanın Vladivostok vilayətinin mağazalarında kiloqramı 2,5 min rubla (30 manat) yerkökü satılır.

ANS PRESS-in məlumatına görə, Vladivostok mağazalarında yerli kökün qiyməti isə 25 rubldur. (30 qəpik) Bahalı məhsulların əsasən Azərbaycan, İran, Türkiyə və Afrikadan gətirildiyi bildirilir. Ruslar ucuzluğuna görə, yerli məhsula üstünlük versələr də xaricdən gələn, əsasən də Azərbaycandan gətirilən meyvə-tərəvəzin öz həvəskarları var.

Qeyd edək ki, Rusiyada əhalinin Azərbaycan kənd təsərrüfatı məhsullarına tələbatı xüsusilə böyük olub. Avropa ilə münasibətlərin pisləşməsindən sonra Azərbaycandan Rusiyaya meyvə-tərəvəz ixracı bir az da artıb. Ruslar dadı və ətrinə görə Avropa məhsullarından seçilən Azərbaycan meyvə-tərəvəzini çox sevirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol