Menu

Moskvaya təzyiqlər artır

15.01.2015, 11:54
Moskvaya təzyiqlər artır

London və Vaşinqton Rusiyanın cəzasız qalmayacağını bildirib

Böyük Britaniya və ABŞ Ukraynada böhranın diplomatik yolla nizama salınması məqsədi ilə Rusiyaya təzyiqi göstərməyə davam edəcək.

ANS PRESS-in məlumatına görə, bu barədə Britaniya baş naziri Devid Kemeron ilə ABŞ prezidenti Barak Obamanın birgə bəyanatında deyilir.

Onlar bildiriblər ki, Ukraynada Rusiyanın təcavüzkar hərəkətlərinə qarşı mübarizəmiz davam edəcək: "Əgər biz beynəlxalq hüququn belə fundamental pozuntularına icazə verəcəyiksə, onda qeyri-sabitlikdən zərər çəkəcəyik. Günahkar cəzasız qalmayacaq."

D.Kemeron və B.Obama vurğulayıblar ki, biz aydın şəkildə mesajımızı verdik: beynəlxalq ictimaiyyət Rusiyanın Ukraynanın sabitliyini pozmaq cəhdlərini dəstəkləməyəcək.

Böyük Britaniyanın və ABŞ-ın liderləri diqqəti ona yönəldiblər ki, iqtisadiyyatın və demokratiyanın möhkəmləndirilməsində Ukraynaya yardım göstərəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol