Menu

Türkiyə və İran razılaşma imzaladı

15.01.2015, 12:51
Türkiyə və İran razılaşma imzaladı

Türkiyə və İran qarşılıqlı nəqliyyat daşınması sahəsində anlaşıb.

Nəticədə İran ərazisinə daxil olan Türkiyənin nəqliyyat vasitələrinə maye yanacağın qiymət fərqi bir litr üçün 1,60 avrodan 0,30 avroya salınacaq. Həmçinin qiymət fərqi ilə bağlı ödəniş alınmayacaq.

Tranzit nəqliyyat fəaliyyətlərində 1 Fevral 2015-ci ildən etibarən İran ərazisinə girən Türkiyə maşınlarından maye yanacağın qiymət fərqi adı altında hər hansı bir ödəniş alınmayacaq. Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyənin inkişaf naziri Cevdet Yılmaz və İranın rabitə və informasiya naziri Mahmud Vaizinin görüşündə bu məsələ müzakirə edilib. Onlar iki ölkə arasında maye yanacaq qiymət fərqinin tətbiqindən qaynaqlanan problemlərin həllini müzakirə və təhlil ediblər. Nəticədə iki ölkə arasında bununla bağlı razılıq əldə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol