Menu

Azərbaycan G-20 sammitinə dəvət olunub

15.01.2015, 16:05
Azərbaycan G-20 sammitinə dəvət olunub

Azərbaycan Türkiyədə keçiriləcək G-20 sammitinə dəvət olunub.

APA-nın Türkiyə müxbiri xəbər verir ki, bu barədə Azərbaycan və Türkiyə dövlət başçılarının Ankarada keçirilən görüşündən sonra mətbuat qarşısında çıxış edən Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan bildirib.

«Bu il Türkiyə G-20-nin ev sahibidir. Biz də imkandan istifadə edərək tədbirə Azərbaycanı da çağırdıq», - deyə Ərdoğan qeyd edib.

Türkiyə prezidenti hazırda ölkələr arasında ticarət dövriyyəsinin həcminin 5 milyard ABŞ dolları təşkil etdiyini, 2023-cü ildə bu rəqəmi 25 milyard dollara çıxarılacağını qeyd edib.

Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevi aprelin 24-də Çanaqqala savaşlarının 100-cü ildönümü ilə bağlı tədbirə dəvət etdiyini də bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol