Menu

İrəvandan Moskvaya tələb

15.01.2015, 17:16
İrəvandan Moskvaya tələb

Parlament sədri Gümrüdə baş verən faciəyə münasibət bildirib

Ermənistan parlamentinin sədri Qalust Saakyan Gümrüdə baş verən faciəyə münasibət bildirib, hadisəni törədən Valeri Permyakovun ömürlük həbsə məhkum ediləcəyinə əminliyini ifadə edib.

ANS PRESS-in məlumatına görə, Rusiyanın Ermənistanda yerləşən 102-ci hissənin hərbi qulluqçusu Valeri Permyakov tərəfindən Gümrüdə öldürülən bir erməni ailəsinin altı üzvünün dəfn mərasiminə qatılıb.

Parlament sədri əhalini Gümrüdə baş verən faciənin siyasiləşdirməməyə çağırıb və əminliyini ifadə edib ki, cinayətkar ömürlük azadlığı məhrum ediləcək.

Xatırladaq ki, yanvarın 12-də Gümrüdə Avetisyan ailəsinin altı üzvü Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının hərbçisi Valeri Permyakovun tərəfindən güllələnərək öldürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol