Menu

ABŞ səfirliyi Bakıdakı antiamerika tədbirinə münasibət bildirdi

15.01.2015, 21:08
ABŞ səfirliyi Bakıdakı antiamerika tədbirinə münasibət bildirdi

Yanvarın 15-də Bakıda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası insan haqları ilə bağlı tədbir keçirib. Həmin tədbirdə ABŞ-ın ünvanına kəskin tənqidlər səsləndirilib.

Musavat.com tədbirdə səsləndirilən fikirlərlə bağlı Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyinin mövqeyini öyrənib. Səfirliyin media və ictimaiyyətlə əlaqələr şöbəsinin açıqlamasında bildirilir: “Biz Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının insan haqları ilə bağlı tədbirindən məlumatlıyıq.

Biz hər bir şəxsin öz fikirlərini bildirmək hüququna hörmət edirik və fundamental azadlıqlar barədə dialoqun aparılmasını hər zaman önəmli sayırıq. ABŞ həm ölkə daxilində, həm də xaricində insan haqlarına dair məsələlərə çox ciddi yanaşır. ABŞ özünün bu sahədə mükəmməl olduğunu iddia etmir. Keçmiş qüsurlarımızı nəzərdən keçirərək buraxdığımız yanlışlıqları düzəldə bilirik. Bu bacarığımızdan qürur hissi duyuruq. Biz bu sahədə mükəmməl olmaq üçün daimi yollar axtarırıq və bizi irəli aparan dialoqu alqışlayırıq”.”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol