«Manchester United» klubunun rəhbərliyi, sosial şəbəkələrdə İslam əleyhinə paylaşımlar edən işçisini işindən azad edib. Kluba yeni futbolçuların gətirilməsinə məsul olan Torben Aakjaer, özünün "facebook" hesabında müsəlman və immiqrantlara qarşı irqçilik təblig edən mesajlar yazdığına görə klub rəhbərliyi onu tutduğu vəzifədən azad edib.«Manchester United» rəhbərliyi bu tip mövzulara həssas olduğunu və Aakjaerin davranışının qəbuledilməz olduğunu bildirib.


Şərhlər