Dünən 1 avronun 1,15 dollara geriləməsindən sonra 1 avronun 1 dollara düşməsi ehtimalı geniş müzakirə olunmağa başlayıb.
Bir sıra analitiklər bildirirlər ki, 1 Avronun 1 dollara düşməsi çox da uzaq bir ehtimal deyil. Bilindiyi kimi, Avropada iqtisadi artım narahatçılıqları var. Avropa Mərkəzi Bankı yumuşaq pul siyasəti çərçivəsində monetar genişlənməni davam etdirərsə, bu ehtimal baş tuta bilər.
Avropa Mərkəzi Bankının monetar genişlənmə ilə 500 milyard avro dəyərində dövlət istiqrazlarını alacağı söylənilir. Bazarlarda paketin ümumi həcminin 1 trilyon avro olacağı da danışılır. Bu baş verərsə Avroda kəskin azalma ola bilər.
Bəzi analitiklər isə 1 Avronun 1 dollara düşəcəyinə inanmır. Onlar hesab edirlər ki, Avropa Mərkəzi Bankının paketi ilə avro 1,14 dollar səviyyəsinə qədər enə bilər. Bundan sonra isə dəstək sayəsində iqtisadiyyatın canlanması ilə Avro yüksəlməyə başlayacaqdır. /"Marja"


Şərhlər