Millət vəkili Fazil Mustafanın “Tarixdə Azərbaycan adlı dövlət olmayıb” sözləri Ermənistanda da böyük rezonans doğurub.
Mənfur ermənilərin mətbuat və mediası artıq iki gündür ki, millət vəkilinin qalmaqallı fikirlərini anti-təbliğat kimi yayır.
Erməni mətbuatında F.Mustafanın əsasən bu fikirlərinə yer verilib: “Tarixdə Azərbaycan adlı dövlət olmayıb. Mənim bildiyim fakt budur ki, Azərbaycan adında ilk dövlət 1918-ci ildə yaranıb. Bu günkü Azərbaycan da həmin dövlətin varisidir. Əksini iddia edən, etiraz edən varsa, nümunə gətirib bizləri inandırsın. Dünəndən bəri izləyirəm, bircə dənə də olsun tutarlı əks-arqumentə rast gəlmədim. Biz xalqımıza gerçəyi söyləməliyik”.
Qeyd edək ki, F.Mustafanın bu fikri İran mediasında da böyük marağa səbəb olub.
Millət vəkili olanlar barədə “Yeni Müsavat”ın əməkdaşına açıqlama verib: “Dediyim fikirlərin üzərində qalıram. Azərbaycan adlı dövlət 1918-ci ildə yaranıb. Eləcə də Ermənistan, İran, Türkiyə adında da dövlət olmayıb. Bu bir faktdır, sensasiya deyil ki... Dövlətçiliklə dövləti qarışdırmaq olmaz”.
Xatırladaq ki, bu günlərdə ANS telekanalının efirində yayımlanan “Şəxsiyyət vəsiqəsi” verilişinin son buraxılışı Xürrəmilər hərəkatı və onun başçısı Babəkə həsr edilmişdi. Aparıcısı yazıçı-publisist Həmid Herisçi olan verilişdə deputat Fazil Mustafa Babək haqqında “tariximiz üçün utancverici şəxs” ifadəsi ilə yanaşı “Tarixdə Azərbaycan dövləti olmayıb” sözlərini də deyib. Millət vəkilinin bu cür ifadələri qalmaqala səbəb olub.



Şərhlər