Menu

Zakir Həsənov Hərbi Hava Qüvvələrinin hərbi hissələrində - Fotolar

16.01.2015, 13:35
Zakir Həsənov Hərbi Hava Qüvvələrinin hərbi hissələrində - Fotolar

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Hərbi Hava Qüvvələrinin aviabazaları ərazilərində tikinti və yenidənqurma işləri davam etdirilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi obyektlərdəki vəziyyətə baxış keçirmək, həmçinin təmir və tikinti işlərinin keyfiyyətini yoxlamaq məqsədilə Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 16-da Hərbi Hava Qüvvələrinin hərbi hissələrində olub.

Görülən işlərdən məmnun qalan müdafiə naziri şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini diqqətə çatdıraraq bu istiqamətdə fəaliyyətlərin sürətlə davam etdirilməsi barədə müvafiq göstərişlər verib.

[gallery columns="5" ids="86361,86362,86363,86364,86365"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol