BMT-nin Liviyadakı qarşıdurma tərəflərinin sülh danışıqları ilə bağlı addımları uğursuz olsa, bu ölkə Somaliyə çevriləcək.
SalamNews-un "Al Arabia"ya istinadla verdiyi xəbərə görə, bunu BMT-in Liviya münaqişəsi üzrə nümayəndəsi Bernardo Lyon ötən gün Cenevrədə baş tutan danışıqlardan sonrakı çıxışında bildirib.
BMT rəsmisi qarşıdurma tərəflərinə Liviyanın gələcəyi barədə xəbərdarlıq edib və onun Somali kimi bərbad vəziyyətdə olan bir ölkə olmamağı üçün lazımi səylərin göstərilməyini istəyib.
Xəbər verdiyimiz kimi, Liviya münaqişəsi tərəflərinin ötən gün Cenevrədə baş tutan danışıqları cüzi irəliləyişlərlə başa çatıb.

Şərhlər