Ermənistanın İstintaq Komitəsi Gümrü şəhərində keçirilən etiraz aksiyasının iştirakçılarına qarşı cinayət işi qaldırıb. Musavat.com “İnterfaks”a istinadən xəbər verir ki, bunu İstintaq Komitəsinin mətbuat jatibi Sona Truzyan bildirib.
Onun sözlərinə görə, cinayət işləri “xuliqanlıq” və “hakimiyyət nümayəndəsinə müqavimət göstərmək” maddələri ilə bağlıdır.
Qeyd edək ki, Gümrüdəki toqquşmalarda yaralanan 7 nəfər hazırda xəstəxanadadır.
Aksiya iştirakçıları rusiyalı əsgər Valeri Permyakovun Ermənistan tərəfə təhvil verilməməsinə etiraz edirdilər.
Rusiyanın Günrüdəki 102-ci hərbi bazasının əsgəri Valeri Permyakov altı nəfərdən ibarəd erməni ailəsini, o cümlədən, ikiyaşlı uşağı qətlə yetirməkdə şübhəli bilinir.


Şərhlər