Menu

Nigeriyada bazarda partlayış: 6 ölü, 10 yaralı

17.01.2015, 08:56
Nigeriyada bazarda partlayış: 6 ölü, 10 yaralı

Nigeriyanın Qombe şəhərində terror aktı nəticəsində 6 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bazarda baş verən partlayış terrorçu- kamikadze tərəfindən törədilib.

Hadisəyə görə məsuliyyəti hələlik heç kim öz üzərinə götürməsə də, partlayışı “Boko Haram” terror təşkilatının üzvlərinin törətdiyi ehtimal olunur.

Qeyd edək ki, bundan əvvəl Nigeriyanın şimal-şərq bölgəsində baş vermiş terror aktı nəticəsində azı 20 nəfər həlak olmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol