Menu

Rusiya təyyarəsi Avropada təlaş yaratdı

17.01.2015, 09:21
Rusiya təyyarəsi Avropada təlaş yaratdı

Litvada qırıcılar dərhal havaya qaldırıldı

Rusiya təyyarələri yenə Avropa səmasında görünüb.

ANS PRESS-in məlumatına görə, Polşa Hərbi Hava Qüvvələrlərinin Miq-29 qırıcıları Baltik dənizinin üzərində Rusiyanın İl-78 təyyarəsini ələ keçirmək üçün havaya qalxıb.

Rus təyyarələrinə xəbərdarlıq edilib. İl-78 təyyarəsi ərazidən uzaqlaşıb.

Qeyd edək ki, Litvada Polşanın dörd Miq-29 qırıcısından başqa İtaliya Hərbi Hava Qüvvələrlərinin də dörd "Tayfun" qırıcısı keşik çəkir. Bundan başqa Baltikyanı ölkələrin Hava Hücumundan Müdafiəsini Danimarka Hərbi Hava Qüvvələrlərinin dörd F-16 qırıcısı da qoruyur.

Onu da bildirək ki, son aylar Rusiya təyyarə və qırıcıları tez-tez Avropa səmasında görünür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol