Menu

Paris və İstanbulda terror törədən qadınlar eyni oteldə - Video

17.01.2015, 19:28
Paris və İstanbulda terror törədən qadınlar eyni oteldə - Video

İngiltərə mətbuatı Parisdə marketə basqın edən qadınla Türkiyədə Sultanahmetdə partlayış törədən qadının İstanbulda eyni oteldə qaldığı barədə məlumat dərc edib.

Musavat.com-un məlumatına görə, İngiltərənin “Daily Mail” qəzeti Fransanın paytaxtı Parisdə halal marketə basqın edərək marketdəki insanları girov götürən Amedi Kolubalinin axtarışda olan arvadı Həyat ilə Sultanahmetdəki “canlı bomba”nın ayrı vaxtlarda eyni oteldə qaldığını iddia edib.

Qəzet yazır: “Dekabrda Sultanahmetdə üzərinə bomba bağlayaraq partlayış törədən çeçen əsilli Diana Ramazovanın əri Əbu Aluevitsj Edelbijyev Türkiyədən keçərək Suriyaya gedib. İŞİD döyüşçüsü olan Edelbijev bir müddət sonra isə Suriyada öldürülüb. Diana Ramazova 26 dekabrda təkrar Türkiyəyə gəlib və 11 gün İstanbulda oteldə qalıb.

Parisdə supermarketə hücum edən Amedi Kolibalinin arvadı Həyat Boumeddine də 2 yanvarda Madriddən İstanbula gələrək həmin oteldə 2 gün qalıb. Hətta Həyat Boumeddini qaldığı otaqda divardan Eyfel qülləsinin şəklini də asıb”.

Qəzet həmçinin yazır ki, ən çox axtarılan qadın olan Həyat Boumeddine İŞİD-ə qoşulmaq üçün Suriyadadır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol