Menu

Vəkil erməni ailəsini qətlə yetirən rus əsgərini müdafiə etməkdən imtina edib

17.01.2015, 21:28
Vəkil erməni ailəsini qətlə yetirən rus əsgərini müdafiə etməkdən imtina edib

Vəkil erməni Gümrüdə erməni ailəsininin 6 üzvünü qətlə yetirən rus əsgəri Valeri Permyakovu müdafiə etməkdən imtina edib.

APA-nın “İnterfaks”-a istinadən verdiyi xəbərə görə, Tamara Yayloyan Valeri Permyakovun işi üzrə Ermənistan Vəkillər Palatası tərəfindən vəkil təyin edilib.

O, bu qərarı emosiyalara qapılaraq verdiyini bildirib.

“O, uşaqları süngü ilə necə vurduğunu danışarkən mən otağı tərk etdim və prosesi artıq davam etdirə bilmədim. Bəlkə də bu qeyri-peşəkar qərardır, lakin bu belədir”, deyə Tamara Yayloyan yerli telekanalın efirində bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol