Menu

Ukraynada döyüşlər gedir: yaralılar var

17.01.2015, 23:25
Ukraynada döyüşlər gedir: yaralılar var

Ukraynanın şərqində şiddətli döyüşlər yenidən başlayıb. Luqanskda separatçılar ordu qüvvələrini "Qrad"larla atəşə tutublar. Qızğın döyüşlər Krasnoqorovka, Avdiyevka, Peski, Trexizbenka və Nijnie Luqansk vilayətlərində gedir.

Döyüşlər nəticəsində yaşayış məntəqələrinə də mərmilər düşüb. Dinc sakinlər arasında xeyli sayda yaralıların olduğu bildirilir. Bir nəfər isə həyatını itirib. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Donetsk aeroportunda da qızğın döyüşlər gedir. Separatçılar aeroportu ələ keçirməyə çalışırlar. Ordu qüvvələri müqavimət göstərir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol