ABŞ-ın Avropadakı quru qoşunlarının komandanı general-leytenant Ben Xoces bildirib ki, Rusiya yaxın illərdə elə bir hərbi qüdrətə sahiblənə bilər ki, bu, ona eyni vaxtda üç cəbhədə vuruşmaq imkanı yaradar.
Musavat.com-un məlumatına görə, bu barədə “Reuters”un yaydığı xəbərdə deyilir. Generalın sözlərinə görə, hələlik Kremlin hansısa qonşu ölkəyə hücumu az ehtimallıdır, çünki o, bütünlüklə Ukrayna ilə məşğuldur. “Səfərbərlik olmadan onlar, mənim fikrimcə, bir dəfəyə üç hərbi əməliyyat təşkil edə bilməzlər. Amma 5 il sonra bu, görünür, belə olmayacaq” – qeyd edib amerikalı hərbçi.
“Dəqiqdir ki, onlar səfərbərlik elan eləmədən Ukraynanın Şərqində əməliyyatlar keçirmək qabiliyyətində olacaq, Baltikyanı ölkələrə və Gürcüstana təzyiq edəcək, həmçinin başqa şeylər edəcəklər” - əlavə edib o.


Şərhlər