Parisdəki “Charlie Hebdo” satirik jurnalına hücum edənlərdən biri Reyms qəbiristanlıqlarının birində gizli şəkildə dəfn edilib.
Musavat.com BBC-ya istinadla xəbər verir ki, şəhərin meri Arno Robine Səid Kuaşinin dəfninə qarşı olsa da, son ucda qanunvericiliyə zidd olmadığından razılaşıb. Mer ehtiyat edir ki, məzar dinçi radikalların ziyarət yerinə çevrilər.
Kuaşi gizli şəkildə şənbə gününə keçən gecə, adsız məzarda basdırılıb.
Xatırladaq ki, yanvarın 7-də Kuaşi qardaşlarının redaksiyaya hücumu nəticəsində ikisi polis əməkdaşı olmaqla 12 nəfər həlak olub.


Şərhlər