Menu

Donetsk “qrad” altında qaldı

18.01.2015, 11:57
Donetsk “qrad” altında qaldı

Ukraynanın şərqində şiddətli döyüşlər yenidən başlayıb. Donetsk "Qrad" atəşinə tutulub.

Qızğın döyüşlər Krasnoqorovka, Avdiyevka, Peski, Trexizbenka və Nijnie Luqansk vilayətlərində də gedir.

Döyüşlər nəticəsində yaşayış məntəqələrinə də mərmilər düşüb. Dinc sakinlər arasında xeyli sayda yaralıların olduğu bildirilir. Bir nəfər isə həyatını itirib. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Donetsk aeroportunda qızğın döyüşlər gedir.

Separatçılar aeroportu ələ keçirməyə çalışırlar. Ordu qüvvələri müqavimət göstərir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol