Menu

Umayra Tağıyeva vəzifəsindən azad edildi

19.01.2015, 13:37
Umayra Tağıyeva vəzifəsindən azad edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva işdən azad olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, Umayra Tağıyevanın işdən çıxmasının səbəbi bəlli deyil. Onun sözlərinə görə, U.Tağıyeva yanvarın 16-da öz ərizəsi ilə işdən çıxıb.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru vəzifəsi ETSN-in Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevə həvalə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol