“Gilan Holding” Şirkətlər Qrupunun sahibləri İngiltərənin “Aston Villa” futbol klubunu almaq niyyətindədir. Bu barədə komandanın sponsorlarından biri Jonni Quld ötən gün Britaniya KİV-ə bildirib.
Bir ay əvvəl “Aston Villa”nın amerikalı milyarder Mark Kyubana satılması barədə söhbətlər gedib. Adətən əvvəlcə boş “söz-söhbətlər” yaranır, sonra isə Kəmaləddin Heydərov kimi real alıcı meydana çıxır.
“Aston Villa”nın səhmləri hələ ötən il klubun əsas sahibi Rendi Lerner tərəfindən satışa çıxarılıb.
“Gilan Holding” neftin dünya qiymətinin enməsi fonunda Avropa futbol klublarına pul xərcləmək istəyən ilk qurum degil.
Tanınmış “ailə” biznesmeni Hafiz Məmmədov İngiltərənin “Şeffild Uensdey” futbol klubunun alqısını artıq başa çatdırıb.
“Lans” və yerli “Bakı” komandası da Baghlan Group-un sahibinə məxsusdur. Bundan əlavə, ötən ilin noyabrında o, Pireney futbolunun liderlərindən biri “Portu”ya da göz qoyub. Bundan əlavə, H.Məmmədov Avropa futbol klubları ilə reklam sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.
Bundan əvvəl bu seqmentdə Madridin “Atletiko” və Fransanın “Lans” klubları təmsil olunmuşdu. Qeyd edək ki, “Hafka” ənənəvi olaraq Portuqaliya mətbuatnda “saysız-hesabsız sərvətə malik nüyuzlu şəxslərdən biri” kimi təqdim olunur. Belə ki, “Hafka”problemlərə baxmayaraq, öz idman maraqlarına ümumilikdə 100 mln.-dan çox pul xərcləyib.


Şərhlər