Menu

Nigerdə 45 kilsəyə od vuruldu

19.01.2015, 18:08
Nigerdə 45 kilsəyə od vuruldu

Nigerin paytaxtı Niameydə "Charlie Hebdo"nun qalmaqallı karikaturalarına etiraz əlaməti olaraq keçirilən aksiyaların iştirakçıları 45 məscidi yandırıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, aksiyalar zamanı xristian məktəbi və sığınacaq da yandırılıb.

Qeyd edək ki, son məlumatlara görə, paytaxtdakı toqquşmalarda 5 nəfər ölüb, 128-i xəsarət alıb. 189 nəfər etirazçı saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol