Dünya bazarında neftin ucuzlaşması nəticəsində gəlirlərinin kəskin azalması Rusiyanı dövlət büdcəsini ixtisar etməyə məcbur edib.
Fins.az-ın «RİA Novosti»yə istinadən məlumatına görə, bu barədə Dövlət Dumasının yaz sessiyasının açılışında Dumanın sədri Sergey Narışkin bəyan edib.
Onun sözlərinə görə, bir qədər əvvəl qəbul edilmiş büdcənin korrektəyə ehtiyacı var: «Artıq aydındır ki, biz qəbul etdiyimiz büdcəni dəyişməli və xərcləri azaltmalı olacağıq. Amma bu primitiv şəkildə, yəni büdcənin 5%, 10%, 15% kəsilməsi formasında olmamalıdır. Yalnız səmərəsiz xərcləri aixtisar etmək lazımdır. Biz yaxşı bilirik ki, belə xərclərin həcmi hələ də çox böyükdür».
Narışkin bildirib ki, «mürəkkəb iqtisadi vəziyyətin» səbəbi Qərbin Rusiyaya qarşı sanksiyaları yox, dünya və Rusiya iqtisadiyyatının inkişafındakı dərin fundamental problemlərdir


Şərhlər