Menu

ABŞ Kalaşnikov istehsal edəcək

21.01.2015, 16:29
ABŞ Kalaşnikov istehsal edəcək

ABŞı-ın RWC silah şirkəti Kalaşnikov avtomatı istehsalına başlayır.

ANS PRESS-in məlumatına görə, şirkət Rusiyaya qarşı sanksiya tətbiqindən sonra xaricdən çoxlu avtomat sifarişi alıb.

"Bizə Rusiyadakı zavodla əlaqə saxlamaq qadağan olunğundan çətin vəziyyətə düşmüşük. Bu ilin ikinci rübündən etibarən ABŞ-da Kalaşnikov avtomatı istehsalına başlamaq məcburiyyətindəyik ", - deyə RWC rəhbəri Tomas Makrosin bildirib.

Şirkət öz istehsalı olan AK-47-ni Kalaşnikov brendi altında satışa çıxaracaq. Şirkət hazırda yeni zavod tikintisi üçün ərazi axtarır.

Yaxın günlərdə zavodda çalışacaq personalın qəbuluna başlanacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol