Rusiya prezidenti Putinin demokratik və azad Qərb dünyası ilə qarşıdurmada heç bir şansı yoxdur.
Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, belə bir fikri postkommunist Polşasının ilk prezidenti, Nobel Sülh Mükafatı laureatı, keçmiş “Solidarnost” (“Həmrəylik”) hərəkatının başçısı Lex Valensa Polşa telekanallarından birinə müsahibəsində deyib.
“Bu, başqa epoxadan olan və iflasa məhkum olan bir mübarizədir. Mən azadlıq və demokratiyanın qalib gələcəyinə qəti şübhə eləmirəm” – deyib eks-prezident. Onun sözlərinə görə, Putin hakimiyyətdə “düşmən fəlsəfəsi” hesabına duruş gətirə bilir.
Polşada kommunist idarəçiliyinə son qoyan Valensanın qənaətincə, rusiyalıları xarici təhlükə qarşısında qorxu içində saxlayırlar. “Bu, rejimin əsasıdır. Lakin belə durum həm adi insanların, həm də oliqarxlarla bağlı vəziyyətin pisləşməsi fonunda əbədi davam edə bilməz. Elə imperiyalar çöküb ki. Kommunizmə qalib gəlmək də mümkün görünmürdü” - əlavə edib Nobel mükafatçısı.


Şərhlər