Menu

Yasir Ərəfat öz əcəli ilə ölüb - Yekun diaqnoz

21.01.2015, 17:28
Yasir Ərəfat öz əcəli ilə ölüb - Yekun diaqnoz

Fələstin Azadlıq Təşkilatının lideri Yasir Ərəfatın ölüm səbəbinin təhqiqatına nöqtə qoymağın vaxtıdır. Bu barədə Rusiyanın Federal Tibbi-Bioloji Agentliyinin (FTBA) rəhbəri Vladimir Uyba bəyanat verib.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, FTBA Ərəfatın nəşi üzərində analiz aparıb və müəyyən edib ki, o, öz əcəli ilə ölüb.

"Biz bioloji model qurduq, unikal təhqiqat apardıq. Nəyə görə ekspertlərdən heç kim bizim bostanımıza daş atmadı? Ona görə ki onlar bizim gördüyümüz işin səviyyəsini yaxşı dərk edirlər", - Uyba deyib.

FTBA rəhbəri bildirib ki, tətbiq etdikləri bioloji model Ərəfatın radiasiya şüalanmasına məruz qaldığı təqdirdə orqanizmində baş verənləri göstərməliydi. Uyba qətiyyətlə qeyd edib ki, FAT lideri orqanizmində gedən iltihablaşma prosesi nəticəsində ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol