Menu

Ukraynada nümayişçilər polislə toqquşdu

30.11.2013, 21:30
Ukraynada nümayişçilər polislə toqquşdu

Ukraynada iğtişaş polisi paytaxt Kiyevdə nümayişçiləri dağıtmaq üçün suvuran maşınlardan və gözyaşardıcı qazdan istifadə edir.

Prezident Viktor Yanukoviçin Avropa Birliyi ilə paktı imzalamamasından sonra bu gün səhər erkən saatlarda nümayişçilər polislə toqquşub.

Dünən Avropa Birliyi Rusiyanı Ukraynaya təzyiq göstərərək Avropa bloku ilə azad ticarət razılığının əldə olunmasının qarşısını aldığına görə tənqid edib.

Qərar cənab Yanukoviçin keçən həftə Litva paytaxtı Vilnüsdə keçirilən AB sammitindən qayıtmasından sonra açıqlanıb. Həmin zirvə görüşündə Almaniya kansleri Angela Merkel ukraynalılara “Biz daha artığını gözləyirdik” deyib. CƏnab Yanukoviç isə Almaniya liderinə cavabında “Ukraynada iqtisadi vəziyyət ağırdır və bizim Moskva ilə böyük çətinliklərimiz var” deyə bildirib. (amerikaninsesi.org)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol